YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı müəllimləri təbrik edib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının nümayəndələri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə rayon ərazisində yerləşən orta təhsil müəssisələrini ziyarət ediblər.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov və təşkilat əməkdaşları direktor və müəllim kollektivi ilə görüşərək əlamətdar gün münasibətilə onları təbrik edib, bu çətin və məsuliyyətli fəaliyyətlərində müqəddəs peşə daşıyıcılarına uğurlar arzulayıblar.

Orta təhsil müəssisələrinin direktor və müəllim kollektivinə fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv