YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Bakıda B20 Azərbaycan Regional Forumunun keçirilməsi çox əhəmiyyətlidir

Bakıda B20 Azərbaycan Regional Forumunun keçirilməsi çox əhəmiyyətlidir. Bu fikri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev bildirib ki, forum İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin biznes təmsilçiləri üçün mühüm müzakirə platformasıdır.

 «Tədbir üzv ölkələrin iqtisadi əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının beynəlxalq aləmdə daha geniş təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. B20-nin əsas missiyası aktual iqtisadi proseslərin, çağırışların təhlili əsasında G20-yə müvafiq tövsiyələrin hazırlanıb təqdim edilməsidir»- deyə, o, vurğulayıb.