YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur, hər zaman qəlblərdə yaşayır!

Ağdam rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Abbasov Müşviq Qabil oğlunun şəhadətinin ildönümündə xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, partiya fəalları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun Şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət edərək ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla anıblar. Sonra məktəblilər Vətənə, orduya, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsinə baş çəkib, ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıblar. Qeyd olunub ki, Vətən müharibəsi zamanı şəhid Müşviq Abbasovun iki oğlu da onunla bərabər döyüşlərdə iştirak edib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Müşviq Abbasov 2020-ci ilin oktyabr ayının 5-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.