YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrindən olan müəllimlər ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə şəhərində Vətən Müharibəsi Qəhramanı, polkovnik-leytenant şəhid Anar Əliyevin valideynləri Vaqif Əliyevi və Səkinə Əliyevanı, Goronboy rayonunda “Qarabağ” ordenli, şəhid mayor Azər Mikayılovun atası Əmrah Mikayılovu ziyarət ediblər.

Cıxış edənlər bildiriblər ki, “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Müəllimlərin yetişdirdiyi Azərbaycanın igid, cəsur oğulları qanları, canları bahasına 30 ildir xalqın sınan, tapdalanan qürurunu – Qarabağı işğaldan azad etdi.  44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Qeyd olunub ki, xalqımızın Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə bu gün dərslərimizə yeni məzmun gətirdi, dərsliklərimiz üçün yeni səhifə açdı.