YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli nazir: Azərbaycan ilə enerji sektorumuzdakı əməkdaşlığı daha da irəliyə aparacaq hökumətlərarası anlaşmaya imza atmağı planlaşdırırıq

Hər mərhələsində dəstəyimizi güclü şəkildə göstərdiyimiz Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərdə “Yaşıl Enerji” Konsepsiyasının həyata keçirilməsində həm dövlət, həm də özəl sektor olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Yaxın zamanda Azərbaycan ilə enerji sektorumuzdakı əməkdaşlığı daha da irəliyə aparacaq hökumətlərarası anlaşmaya imza atmağı planlaşdırırıq.

Bu fikirləri Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunda çıxışı zamanı deyib.

Ölkələrimiz arasındakı münasibətlərin hər gün müxtəlif sahələr üzrə bir az daha genişləndiyini deyən Fatih Dönməz Bakıda keçirilən I Forumda imzalanan anlaşmaların bir yol xəritəsi olduğunu və gələcəyə yeni hədəflər meydana gətirdiyini qeyd edib.

“Bu hədəflər üçün çox iş görmüşük və çox yol qət edilib. İmzalanan protokollar bu əməkdaşlığın inkişafına yeni addım olacaq. Bu günə qədər bərabər həyata keçirdiyimiz birgə böyük layihələrlə bölgəmizə mühüm töhfələr veririk. Bu dövr ərzində üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmişik. SOCAR-ın Türkiyədəki ən böyük sərmayəçilərdən olduğundan məmnunluq hissi keçiririk. Birgə layihələr bərpa olunan enerji sahəsi ilə əməkdaşlığımıza yeni üfüqlər açacaq. Hədəfimiz sağlam təməllər əsasında qurulan yeni layihələrə imza atmaqdır. Əməkdaşlığımızın artırılması həm ölkələrimiz, həm də bölgənin rifahı üçün çox əhəmiyyətlidir”, - deyə Türkiyənin energetika və təbii sərvətlər naziri bildirib.

Qeyd edib ki, Türkiyə bərpa olunan enerjinin inkişafına, enerji səmərəliliyinə, elektrik enerjisi bazarının liberallaşdırılması və tənzimləməyə dair zəngin təcrübəsini Azərbaycanla bölüşür və bu da ölkələrimizin enerji transformasiya prosesində birgə addımlara dəstək verir.