YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan dövlət katibinin müavini: Ağdamda müharibənin nəticələrini gördüm

Müharibəni görmədən onu anlamaq, nəticələrini demək çətindir. Dünən Ağdamda müharibənin nəticələrini, nələrə səbəb olduğunu gördüm.

Bu sözləri Azərbaycan Milli Şəhərsalma Forumunda Macarıstanın İnvestisiya və Konstruksiya Nazirliyində dövlət katibinin müavini Lorant Perenyi deyib.

O bildirib ki, Azərbaycan azad edilmiş ərazilərə həyatı yenidən qaytarmaq üçün buranı minalardan tam təmizləməlidir. Əhalinin köçürüldüyü ərazilər artıq təmizlənib.

"Azərbaycan odlar yurdu adlanır, alov sizi simvolizə edir. Mənim fikrimcə, iki cür alov var. Biri həyatı məhv edir, dağıntılara səbəb olur, digəri yaşam gücünü, quruculuğu, cəsarəti təmsil edir. Azərbaycanlılar ikinci kateqoriyaya aiddir. Sizin alov simvolunuz cəsarət, qurub-yaratmaqdır”, - deyə dövlət katibinin müavini əlavə edib.