YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat təşkil edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 005,0 milyon manat, büdcə xərcləri isə 2 443,3 milyon manat təşkil edib.

Dövlət Neft Fondunun mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 milyon manat, tranzit gəlirləri 2,3 milyon manat, bonus ödənişləri 13,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 milyon manat vəsait ayrılıb. 3,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2014-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 16,9 milyon manat təşkil edib.

2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 10,1 milyon manat təşkil etmişdir. O cümlədən, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 60,8 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 50,7 milyon manat təşkil edib.
 

DİGƏR Xəbərlər Arxiv