YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı sülhə nail olmağın əsas şərtləri...

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşləri ərəb ölkələrinin nüfuzlu KİV-in diqqət mərkəzində olub.

“Əl Ərəbiyə”, “Əl Hadat”, “Əl Cəzirə”, “SkyNews Arabia”, “Əl Məmləkə” telekanallarında yayımlanan reportajlarda Praqada keçirilən görüşlərin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, Avropa İttifaqı iki ölkə arasında sərhədlərin demarkasiyası məsələsində öz dəstəyini irəli sürüb. Eyni zamanda, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, dayanıqlı sülhə nail olmağın əsas şərtləri Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi, ölkələrin ərazi bütövlüyünün tanınması, nəqliyyat dəhlizlərinin açılmasıdır.

Praqa görüşləri haqqında xəbərlər ərəb ölkələrinin nüfuzlu qəzet və portallarında da yer alıb. “Aşarq”, “Əl Əhram”, “Əl Raimedia”, “Ən Naşra” və digər media orqanları Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhə nail olunması istiqamətində səylərin Cənubi Qafqaz regionunun təhlükəsizliyi baxımından böyük əhəmiyyətini vurğulayıblar.

Xəbərlərdə Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin Praqa sammiti çərçivəsində qeyri-formal görüş keçirdikləri də diqqətə çatdırılıb.