YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Antalyada bir sıra görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didier Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak, Xorvatiya Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə görüşləri olub.

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bundan başqa, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nuland ilə görüşüb.