YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DƏMX son bir ayda işəgötürənlər tərəfindən 273 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsi sahəsində nəzarət tədbirlərini gücləndirir.

Cari ilin aprel ayında Xidmətin həyata keçirdiyi məqsədyönlü tədbirlər zamanı işəgötürənlər tərəfindən ümumilikdə 273107 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 dəfə çoxdur.

Həmin məbləğin 272536 manatı (99,7 faiz)əmək haqlarından, qalanı isəzərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarının əsasən sahibkarlıq subyektlərində baş verdiyi müəyyən edilib.