YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci rübündə BTC vasitəsilə təqribən 9 milyon ton xam neft ixrac olunub

Bu ilin birinci rübündə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə təqribən 9 milyon ton (69 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 96 tankerə yüklənib.

“bp-Azerbaijan” şirkətindən verilən məlumata görə, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,2 milyard barrel (289 milyon ton) xam neft Ceyhan limanında təxminən 2 min 850 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Bu ilin ilk üç ayında BTC üzrə əməliyyat xərclərinə təqribən 44 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar xərclənib.