YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Böyük potensiala malik Türk dünyasının birliyi bizim gücümüzdür

Qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik.

Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.

“Biz bu mövzuları sizinlə bu və ya digər dərəcədə müzakirə etmişik və mən həmişə sizin timsalınızda öz türk köklərinə dərindən bağlı olan bir insan görmüşəm. Mən bunu səmimi deyirəm. Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq. Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür”, - deyə dövlətimizin başçısı bildirib.