YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qəbələdə YAP-ın təsis edilməsinin 30-cu ildönümü qeyd olunub

Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirələri ehtiramla anılıb.   

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Abil Ağasəfov bildirib ki, Ümummilli Liderin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verdi.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq əaliyyət göstərdiyini qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti Prezident, YAP-ın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Qəbələ rayon Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədov, Qəbələ rayonu Nic qəsəbə 5 saylı tam orta məktəbin direktoru Venera Antonova, şəhid anası Elmira Abdurahmanova və Vətən müharibəsi qazisi Laçın Nadirli çıxışlarında partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyiblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.