YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Avropa Şurasına üzv olduğumuz 13 il ərzində münasibətlərin inkişafı qaneedicidir

«Azərbaycanla AŞPA arasındakı əməkdaşlıq inkişaf edir. Quruma üzv olduğumuz 13 il ərzində münasibətlərin inkişafı qaneedicidir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Avropa Şurasının baş katibi ilə Avropa Şurası-Azərbaycan birgə fəaliyyət planının imzalanması vacib hadisədir. Onun sözlərinə görə, Avropa dəyərlərinin ölkəmizdə, Azərbaycan dəyərlərinin isə Avropada yayılması üçün yeni sənəd mühüm əhəmiyyət daşıyır. 

«Azərbaycanın Avropa istiqamətində inteqrasiyası hamı üçün aydın və heç bir mübahisə yaratmayan bir məsələdir. Azərbaycan bu qitəyə Avropa dəyərlərini mənimsəmək üçün, bu dəyərləri Azərbaycana gətirmək üçün inteqrasiya edir»- deyə, komitə sədri vurğulayıb.