YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Naftalanda YAP-ın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Noyabrın 14-də Naftalan şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olunub.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğu qeyd edilib.

Milli Məclisin deputatı Anar Məmmədov çıxışında zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayının gündən-günə artmaqda olduğu diqqətə çatdırılıb.   

YAP İdarə Heyətinin üzvü Bayram Aslanov yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzularının yaşadığını qeyd edib. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha da inamla irəliləyəcəyini bildirib.

Tədbirdə partiya veteranı Möhübbət Bədəlov, partiya fəalı Faiqə Ağayeva və Vətən müharibəsi iştirakçısı İsa İsayev partiyanın ötən 30 il ərzində keçdiyi şərəfli yola nəzər salıblar.

Tədbirin sonunda şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.