YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, T.Xidaşelinin təşəbbüsü ilə baş tutan telefon danışığında gürcüstanlı nazir Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində insanların həlak olması və yaralanması xəbərini böyük kədər hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb. T.Xidaşeli həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

T.Xidaşeli, həmçinin Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıqla bağlı əldə olunan nailiyyətlərin və razılaşmaların daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Söhbət zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri, general-polkovnik Z.Həsənov T.Xidaşeliyə göstərdiyi diqqətə görə minnətdarlığını çatdırıb.