YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan Avropa dövlətlərini bir yerə toplayaraq dostluq, qardaşlıq müstəvisində idman yarışları keçirəcək

«İlk  Avropa Oyunları ərəfəsində başlanan anti-Azərbaycan kampaniyası qərəzdən, gözü götürməməkdən qaynaqlanır». Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, Azərbaycana qara yaxmağa çalışanların hərəkətləri əbəsdir. Onun fikrincə, həmin dairələr belə əməllərlə özlərini biabır edirlər. Çünki, təmiz, yaxşı olana ləkə yapışmır.

«Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. Çünki, idman sülhdür. Azərbaycan da idman yarışı keçirir. Özü də Avropa qitəsinin ilk olimpiya oyunlarını keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə toplayaraq dostluq, qardaşlıq müstəvisində, idman meydanlarında yarışlar keçirəcək. Bu oyunlar təkcə bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır»- deyə, A.Abiyev vurğulayıb.