YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: İlk Avropa Oyunları Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq

«Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu Oyunlar çərçivəsində bütün dünyanın diqqətini çəkən möhtəşəm idman yarışları olacaq». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Azərbaycan idman sahəsində güclü maddi-texniki baza yaradıb. Eyni zamanda, peşəkar mütəxəssislərin də hazırlandığını deyən komitə sədrinin fikrincə, ilk Avropa Oyunları  Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq. A.Rəhimzadə qeyd edib ki, bu tədbir çərçiəvsində ölkəmizə gələn qonaqlar Azərbaycan həqiqətlərinin əyani şahidi olacaqlar. O deyib ki, Atəşgah məbədindən başlanğıc götürən məşəl bütün Avropa ölkələrində hərəkət edəcək.

«Amma təəssüf ki, bu tədbirin ölkəmizdə keçirilməsindən qıcıqlanan müəyyən dairələr var. Ümumiyyətlə, Azərbaycana qarşı aparılan böhtan kampaniyasının bir neçə səbəbi var. Burada Ermənistan hökumətinin və diasporasının fəaliyyətini də inkar etmək olmaz. Möhtəşəm hadisələr baş verərkən onlar daha da fəallaşırlar və Azərbaycan zərbə vurmaq istəyirlər. Təbii ki, onların öz maraqları var. Demək olmaz ki, bu tək Ermənistan hökumətinin göstərişinin fəaliyyəti nəticəsində baş verir. Biz bu kimi kampaniyalara gərək hazır olaq. Artıq neçə ildir ki, bu məsələ davam edir. Ona görə də biz səfərbər olmalıyıq. Azərbaycan xalqı yekdil olmalıdır və olur da. Biz fəal işimizlə qərəzli kampaniyaya qarşı cavabımızı verməliyik. Sevindirici haldır ki, ictimaiyyətimiz bu baxımdan çox fəaldır».

 

DİGƏR Xəbərlər Arxiv