YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada Azərbaycanı dostluğa və əməkdaşlığa sədaqətli tərəf kimi tanıyırlar

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın apardığı beynəlxalq siyasət dünya arenasında ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır. Azərbaycan nəinki region ölkələri ilə əməkdaşlığa, həm də müxtəlif qitələrdə yerləşən ölkələri ilə, o cüçmlədən dünyanın hər bir ölkəsi ilə əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə önəm verir. Azərbaycan vacib zamanlarda ehtiyacı olan ölkələrə də öz imkanı daxilində yardımlar edir və dünyada bərabərsizliyin aradan qaldırılmasına töhfə verir. COVİD 19 pandemiyası ilə bağlı 80-dən çox ölkəyə yardımlar göndərmiş, dünyada pandemiyaya qarşı mübarizənin effektiv aparılmasına töhfə vermişdir. O cümlədən bir çox ölkələrə humanitar yardımlar göndərmiş, dünyada davamlı sülhün yaranması, ayrıseçkiliyin və selektiv yanaşmaların aradan qaldırılmasına  və  əməkdaşlıq mühütünün formalaşması üçün çağırışlar edir. Ölkə başçısının son iki ayda etdiyi səfərlərə diqqət etsək görərik ki, bu səfərlər müxtəlif coğrafiyaları əhatə etmişdir. Bu səfərlər müxtəlif regionlarda yerləşən ölkələri, həm də beynəlxalq təşkilatları əhatə etmişdir. Oktyabrın 6-dan başlayaraq Praqada Avropa qitəsində sülh və təhlükəsizlik mövzusunda keçirilən dəyirmi masada, Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirənin 6-cı Zirvə Toplantısında, Əlcəzairdə Ərəb Dövlətləri liqasının 31-ci Zirvə Toplantısında iştiraka Prezident İlham Əliyevin dəvət olunması, böyük hörmətlə qarşılanması və çıxış üçün söz verməsi Azərbaycanın diplomatiyasının və qazandığı nüfuzun uğurudur. O cümlədən Prezident İlham Əliyevin Asiya ölkələrinə, Gürcüstana və Avropa ölkələrinə, o cümlədən Balkan yarımadası ölkələrinə rəsmi səfərlər etməsi və böyük hörmətlə yanaşması ölkə başçımızın şəxsi nüfuzunun və hörmətin uğuru hesab edirəm. Dünyada Azərbaycanı dostluğa və əməkdaşlığa sədaqətli tərəf kimi tanıyırlar və bu gün hər bir dövlət ölkəmizlə münasibətlər yaratmağına çalışır. Serbiya Prezidenti Aleeksandr Vuçiçin qeyd etdiyi kimi “İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar.”

Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti sayəsində dünyada dostlarımızın sayı artmışdır və bu gün bizim təmsil olunmadığımız beynəlxalq təşkilatlarda da bizə qarşı qərarlar qəbul etmək istəyəndə dostılarımız buna mane olur. Belə ki, Beynəlxalq Frankofoniya Təşkilatının toplantısında Fransa və Ermənistan Azərbaycana qarşı qətnamə qəbul etmək istəyəndə dostlarımız buna imkan verməmişdir. Belə hallar BMT TŞ -da baş vermişdir. Azərbaycan dünyaya açıq ölkədir və etibarlı dostluq münasibətlərimizə dəyər verilir. Amma təəssüf ki, islam dini pərdəsi altında Azərbaycana düşmən gözü ilə baxan və düşmənlərimizlə əlbir olan qonşu İran da var. İran Fransa ilə birləşərək Ermənistana dayaq verir və yenidən revanşizmə ruhlandırır. Amma onlar başa düşmürlər ki, Azərbaycan tək deyil və bütün cəhdləri Ermənistanı məhvə aparır. Prezident İlham Əliyevin beynəlxalq siyasəti bütün ölkələr üçün dosluq münasibətlərin yaradılmasına açıqdır. Həm də bu gün Ermənistana dayaq dayanan, arxamızda ölkəmizə düşmən gözü ilə baxanlar benəlxalq siyasətdə baş verənlərədən nəticə çıxartmalı və ədalətli mövqeyə qayıtmalı olduğunu hesab edirəm. Çünki ədalətli yanaşma əməlkdaşlığı və dostluğun əsasında dayanır və dünyanı da ancaq davamlı  sülh xilas edəcəkdir.

DİGƏR Xəbərlər Arxiv