YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi tamamilə qəbuledilməzdir

Azərbaycan ərazilərində yenə də 350 mina tapılıb, avqust ayından etibarən 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-ə yaxın mina aşkarlanıb. Bununla bağlı Azərbaycan tərəfindən Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov dəvət olunmuşdu ki, o, yaranmış vəziyyətlə tanış olsun. Azərbaycan tərəfdən bütün sənədlər rəsmiləşdirilir və müvafiq beynəlxalq qurumlara təqdim edilir.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

O bildirib ki, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi tamamilə qəbuledilməzdir. Bu, postmünaqişə normallaşmasına vurulan ən ciddi zərərdir.

"2021-ci ildə istehsal olunan minaların Azərbaycan ərazilərinə daşınması yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bu da üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinin istifadə qaydalarına ziddir. Hesab edirik ki, buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfindən bundan sonra da bütün lazımi addımlar atılacaq", - deyə nazir qeyd edib.