YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanın dünya dövlətləri ilə mövcud əlaqələri inkşaf edir

“Günü-gündən Azərbaycanın dünya dövlətləri ilə mövcud əlaqələri daha da inkşaf edir, dərinləşir və ölkəmizlə yeni-yeni əməkdaşlıq müqavilələri imzalanır. Eyni zamanda Azərbaycan dünyanın aparıcı təşkilatları ilə də yaxından əməkdaşlıq edir, sülhə, inkşafa hesablanmış təşəbüslər irəli sürür, beynəlxalq əhəmiyyətli layihələrə ev sahibliyi edir. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünyada öz nüfuzuna və gücünə görə lider ölkələrdəndir. Dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə, mövcud əlaqələri daha da inkşaf etdirməyə, ölkəmizin ev sahibliyi etdiyi layihələrdə iştirak etməyə can atır.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, noyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açmaqla yanaşı mövcud əlaqələrin inkşafına böyük təkan verəcəkdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniyanın Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama arasında görüşlər keçirildi. Eyni zamanda dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev Azərbaycanla Albaniya arasında konstruktiv siyasi dialoqun mövcudluğunu qeyd edərək, Albaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu bildirdi. İşğal dövründə və İkinci Qarabağ müharibəsi zamanı Albaniya rəsmilərinin bəyanatlarını xatırladan Azərbaycan Lideri, ölkəmiz tərəfindən Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyin çox yüksək qiymətləndirildiyini vurğuladı. İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanaraq Azərbaycanın öz əzəli torpaqlarını işğalçılardan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyi bildirən Ali Baş Komandanımız İlham Əliyev, işğal müddəti ərzində Ermənistanın törətdiyi vandalizm haqqında məlumat verərək, bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağının dalğalandığını qeyd etdi. Daha sonra ölkə başçısı İlham Əliyev Azərbaycanın zəngin qaz ehtiyatları haqqında və Azərbaycan qazınım Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışdı. Eyni zamanda Albaniyada bu günə qədər qaz şəbəkəsinin yaradılmadığını bildirən Azərbaycan Lideri Azərbaycanın bu sahədə investor kimi iştirak edə biləcəyini qeyd etdi: “Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri iki ölkə arasındakı mövcud əlaqələrin inkşafı və yeni-yeni əməkdaşlıq perspektivləri baxımından xeyli məhsuldar və səmərəli oldu”.

DİGƏR Xəbərlər Arxiv