YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın 30 illik tarixi böyük qürurla vərəqlənir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi.  Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev noyabrın 21-də partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki proqram xarakterli çıxışında keçilən yolun təhlili əsasında qeyd etdi ki, Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır. “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu” söyləyən cənab İlham Əliyev vurğuladı ki, biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Bu hədəfə doğru gedirdik. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində istədiyimizə nail olduq.

Azərbaycanın bütün sahələrdə malik olduğu imkanlar, işlərin sistemli şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. YAP yarananda “Yeni müstəqil Azərbaycan uğrunda” deyib yolunu uğurla davam etdirdi. Hər dövrün, zamanın tələbləri partiyanın fəaliyyətində xüsusi yer tutur. 30 ildə  YAP-ın Proqramında əksini tapan bütün hədəflər reallığa çevrildi. Ötən il partiyanın tarixi Zəfərimizin reallıqları əsasında keçirdiyi VII qurultayında yeni qərarlar qəbul edildi. Yeni dövrün bütün məsələlərini özündə əks etdirən Proqramın hazırlanması tapşırığı verildi. Dövlət başçısının tapşırığına uyğun olaraq ötən ilin sonunda 5 fəsildən və hazırkı dövrün reallıqlarına əsaslanan hədəflərdən ibarət yeni Proqram qəbul edildi. Yeni Proqram bir daha əminliyə əsas verir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır.  YAP-ın 30 illik tarixi böyük qürurla vərəqlənir.

Ölkəmizin həyatında yeni dövr başlayıb. YAP-ın hər bir üzvü Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsinə öz töhfəsini verməyə çalışır.