YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri: Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına böyük təkan verəcək

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, Sənaye Parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.