YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevirdə şəhidin xatirəsi yad edilib

Mingəçevirdə Vətən müharibəsi şəhidi Cüməzadə Təbriz İldırım oğlunun xatirəsi yad edilib.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatın sədr müavini Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Seymur Hidayətov, Qarabağ müharibəsi, Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin sədr müavini, qazi Pərviz Məmmədov iştirak ediblər.

Mərasim iştirakçıları şəhid Təbriz Cüməzadənin şəhadətinin ikinci ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

DİGƏR Xəbərlər Arxiv