YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb

Noyabrın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqı (Aİ) Xarici Fəaliyyət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya, regional əməkdaşlıq və ATƏT üzrə icraçı direktoru Maykl Zibert arasında görüş keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif aspektləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə regionda baş verən proseslər üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi üzrə səyləri, Ermənistan tərəfindən prosesə maneçilik cəhdləri, eləcə üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərin kobud şəkildə pozulması, erməni silahlı birləşmələrinin hələ də ərazilərimizdən tam olaraq çıxarılmaması, Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə halları və mövcud mina təhdidləri barədə qarşı tərəfə ətrafı məlumat verib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.