YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Əfqanıstan arasında sərhəd mühafizəsi sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikası Prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə Dövlət Sərhəd Xidməti ilə Əfqanıstanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər arasında sərhəd mühafizəsi və sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi, əfqan hərbi qulluqçuları üçün tədrisin təşkili, müxtəlif ixtisaslar üzrə təlim və təkmilləşdirmə kurslarının həyata keçirilməsi, eləcə də əfqan sərhədçilərinin DSX-nin tibb müəssisələrində müalicəsi və sağlamlıqlarının bərpası ilə bağlı müzakirələr aparılıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.