YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təxribatlar sülh quruculuğuna mane olur

Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Polşanın Lodz şəhərində keçirilən 29-cu iclası çərçivəsində Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında mövcud əlaqələrin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfindən mina təhdidi daxil olmaqla davam edən təxribatların sülh quruculuğuna mane olduğu bildirilib. Qanunverici orqanlar tərəfindən qərəzli yanaşmaların normallaşma və sülh prosesinə xidmət etmədiyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.