YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəmaləddin Heydərov: Birinci Avropa Oyunları zamanı təhlükəsizlik ən yüksək səviyyədə təmin ediləcək

“Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı insanların təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək”. Bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində Nazirliyin rolundan danışarkən deyib.

K.Heydərov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin ən mühüm vəzifəsi Oyunlar zamanı bütün idmançıların və qonaqların təhlükəsizliyinin təmin etməsidir və bu istiqamətdə ciddi tədbirlər görülür.

“Həmçinin biz Nazirliyin bütün resurslarını və imkanlarını bir nöqtədən idarə etmək üçün komanda mərkəzi yaratmağı nəzərdə tuturuq. Eyni zamanda, Bakı 2015 Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq yaratmaq məqsədilə Nazirliyin müxtəlif departamentlərin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və daimi əlaqələndirici təyin edilib”.