YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XVIII Beynəlxalq Peterburq İqtisadi Forumunda təmsil ediləcəkdir

Mayın 22-24-də Rusiyanın Sankt-Peterburq şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçiriləcəkdir. 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə müxtəlif ölkələrdən siyasi və biznes dairələrinin 6 minədək nümayəndəsinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qlobal biznes liderlərinin sammiti, həmçinin "İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması", "Rusiyanın rəqabət potensialının açıqlanması", "Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma" mövzularında panel sessiyalar, “dəyirmi masa”lar, teledebatlar və brifinqlər təşkil olunacaqdır.

Forumda Azərbaycanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcəkdir.