YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunan nazir Ermənistanın normallaşma prosesinə törətdiyi çətinliklər barədə məlumatlandırılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, ticarət, energetika, humanitar və digər sahələrdə əlaqələr, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də bu il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə mərhələsində yaranmış yeni reallıqlar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, azad olunmuş ərazilərin bərpa və quruculuq işləri, habelə Ermənistanın proses çərçivəsində törətdiyi çətinliklər və maneələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.