YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Ucarda seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Ramil Həsən Ucar rayon Rəstəcə kənd bələdiyyəsinin inzibati binasında Rəstəcə, Gəraybəyli, Alpı kənd tam orta məktəbində isə Alpı, Quləbənd, Bağırbəyli kəndlərindən olan seçicilərini qəbul edib. 

Əvvəlcə deputat Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Füzuli Paşa oğlunun doğum günü münasibətilə Quləbənd kənd qəbiristanlığında məzarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra qəbul zamanı vətəndaşlar kənd yollarının asfaltlanması, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv