YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası işıqlı gələcəyimizin ən böyük təminatçısıdır

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatında “Yeni Azərbaycan Partiyası işıqlı gələcəyimizin ən böyük təminatçısıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, partiya fəalları, məktəb direktorları, müəllimlər və məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycan xalqının xilaskarı, partiyamızın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda Yeni Azərbaycan Partiyasının 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük nailiyyətlər qazanıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Yevlax rayon təşkilatının məsləhətçisi Zülfiyyə Mahmudova, Yevlax şəhər 7 nömrəli tam orta məktəbin direktor müavini Nərmin Səmədova, Kövər kənd tam orta məktəbinin tarix müəllimi Bakir Quluyev çıxışlarında qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir.

Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman, partiyaya yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv