YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarını Qarabağdakı quruculuq işləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Nazirlər Şurasının 29-cu iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı, Azərbaycanla Macarıstan arasında münasibətlərin strateji səviyyəsindən, hazırda bir sıra istiqamətlərdə ikitərəfli və regional əlaqələrin qarşılıqlı əsasda genişlənməsindən, yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin artmasından məmnunluq ifadə olunub.

Görüşdə iki ölkə arasında siyasi, ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb, bu və digər istiqamətlərdə əlaqələrin daha da dərinləşməsinə dair ortaq maraqlar diqqətə çatdırılıb. Tərəflər, həmçinin çoxtərəfli əməkdaşlıq platformaları, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində müsbət əməkdaşlıq dinamikasının gələcəkdə də davam etdirilməsinə razılıq bildiriblər.

Nazir C.Bayramov öz həmkarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatlandırıb və Macarıstan tərəfinin işğaldan azad edilmiş ərazilərdə səylərə töhfə vermək niyyətinə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib, bütün mümkün platformalarda təmasları davam etdirmək qərara alınıb.