YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təsis olunmasının 30 illiyi ilə əlaqədar Ağdaşda tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Kotanarx kənd ərazi partiya təşkilatında “Yeni Azərbaycan Partiyası: 30 illik xidmətin Zəfər zirvəsi” adlı görüş keçirilib. Görüşdə Nehrəxəlil, Kotanarx və Cardam ərazi partiya təşkilatlarından olan partiya fəalları iştirak ediblər.

YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov partiyanın yaranma səbəblərindən və keçdiyi uğurlu tarixi yoldan danışıb.

Daha sonra Ağdaş şəhər ərazi partiya təşkilatının sədri Şəhla Hacıbalayeva və Ağdaş Təhsil Sektorunun müdiri Leyla Bayramova çıxış edərək ölkədə Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Partiya fəalları Yeganə Hacıyeva, Tərlan Qəhrəmanova, Nazir Xammədov və Araz Yusubov çıxışlarında bildiriblər ki, müstəqil Azərbaycan dövlətinin və xalqımızın inkişafının təməlində Ulu Öndərin siyasi kursu dayanır. Qeyd olunub ki, partiya Sədri, Prezident İham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan qalib ölkəyə çevrilib.

Ağdaşdan olan Vətən müharibəsi qazisi Hüseyn Qarakişiyev partiyanın bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliyini ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.