YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda regional təhsil konfransı işə başlayıb

Mayın 25-də “Hilton Baku” otelində Asiya İnkişaf Bankının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional təhsil konfransı işə başlayıb.

Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirak etdikləri konfransda Azərbaycanın 12 illik orta təhsil sisteminə keçid ilə bağlı müzakirələr aparılır.

On iki illik Təhsil Sistemini Dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda keçirilən konfransda təhsil naziri Mikayıl Cabbarov çıxış edib.