YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bələdiyyələr ölkənin sosial-iqtisadi inkişaf tempinə öz işləri ilə töhfələr verməlidirlər

«Bələdiyyələr təşəbbüslər irəli sürməli, ölkənin sosial-iqtisadi inkişaf tempinə öz işləri ilə töhfələr verməlidirlər». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, iniyə qədər bələdiyyə institutlarında ciddi islahatlar aparılıb. Onun sözlərinə görə, dövlət də bu sahəyə lazımi qayğı göstərir.

«Buna baxmayaraq, yenə də bələdiyyələr ciddi nəticələr ortaya qoymurlar. Bələdiyyələr özlərinə xidmət sahələri açmalıdır. İnsanlara daha yaxşı qulluq göstərməlidirlər. Təəssüf ki, bələdiyyələr buna təşəbbüs də göstərmirlər. Ona görə də bələdiyyələr Prezident İlham Əliyev haqlı iradlarından nəticə çıxarmalıdırlar. Qanunvericiliyə uyğun olaraq bələdiyyələr inkişaf etməli, özlərinin maliyyə bazalarını yaratmalıdır. Lakin, ölkədə olan bələdiyyələr demək olar ki, öz vəzifələrinin öhdəsindən gələ bilmirlər»- deyə, komitə üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv