YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarının məşəli qədim Oğuz diyarında

Birinci Avropa Oyunlarının məşəli mayın 25-də qədim Oğuz diyarına gətirilib.

Məşəl estafetinin keçəcəyi Oğuz şəhərinin Heydər Əliyev prospektinə toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə məşəlin rayona gəlişini gözləyirdilər.

Günorta saatlarında Ulu Öndərin adını daşıyan prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul etdi. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Olimpiya İdman Kompleksinin stadionuna gəldilər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşıladılar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirildi.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verildi.

Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonundan Şəkiyə yola salındı.

 

DİGƏR Xəbərlər Arxiv