YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Uruqvayın “Uypress” xəbər agentliyi birinci Avropa Oyunlarından bəhs edir

Uruqvayın “Uypress” xəbər agentliyi “Azərbaycanın paytaxtı “Bakı-2015” birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə yayıb.

Məqalədə bildirilir ki, iyunun 12-28-də Xəzər dənizinin sahilində, Avropanın və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın sürətlə inkişaf edən paytaxtı Bakı şəhəri Avropadan 6000-dən çox idmançını qəbul etməyə hazırlaşır.

Müəllif Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, Oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verir.

Məqalədə son illərdə Azərbaycanda müşahidə olunan sürətli iqtisadi inkişaf da diqqətə çatdırılır. Bildirilir ki, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizindən çoxu Azərbaycanın payına düşür. Ölkədə böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ümumi daxili məhsul dəfələrlə artıb.

Yazıda, həmçinin Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunur.

Ölkələrimiz arasında münasibətlərdən bəhs edilən məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, həyata keçirilən qarşılıqlı səfərlərə də diqqət yetirilir.

 

DİGƏR Xəbərlər Arxiv