YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

S.Lavrov: Mən indiki vəziyyətə ehtiyatla, lakin artan nikbinlik hissi ilə baxıram

Dağlıq Qarabağ münaqişəsinin çox uzandığını heç kəs inkar etmir. Razılaşmalar əldə etmək üçün real bazanın olması ilə də hamı razıdır. İndi bu nöqteyi-nəzərləri konkret və dürüst ifadə etmək vaxtı çatıb. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN-in başçısı E.Məmmədyarovla görüşündən sonra mətbuat konfransında səsləndirib.

O bildirib ki, Rusiyanın tərəflərin münaqişənin həlli yollarının axtarışına dair səylərinə dəstək göstərmək istiqamətində fəallığı heç vaxt zəifləməyib. Rusiya naziri deyib: “Biz dünən Dağlıq Qarabağ probleminə yanaşmaları çox ətraflı müzakirə etmişik. İlk növbədə ATƏT-in Minsk qrupunun xətti ilə son illər görülmüş böyük işi nəzərə almışıq. Hər iki tərəf işləyib. Tərəflər öz ideyalarını irəli sürüblər. Bu ideyalar da həmsədrlərin diqqətində olub və növbəti səylər zamanı nəzərə alınıb. Odur ki, mən indiki vəziyyətə ehtiyatla, lakin artan nikbinlik hissi ilə baxıram. Çalışacağıq ki, belə razılaşma əldə olunsun. Özü də nə qədər tez əldə olunsa, bir o qədər yaxşıdır”.