YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda “Bakı - 2015” birinci Avropa Oyunlarının təqdimatı olub

Niderlandın Roterdam şəhərindəki Roterdam Erasmus Universitetində “Bakı - 2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Təhsil Nazirliyindən bildiriblər ki, müvafiq Dövlət Proqramı çərçivəsində Roterdam Erasmus Universitetində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Niderland, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, Almaniya, Avstriya, Norveç, Polşa, Rusiya, Ukrayna, Bolqarıstan, ABŞ, Kanada, Macarıstan, Serbiya, Çin, Koreya Respublikası, Yaponiya, İndoneziya, Hindistan və digər ölkələrdən olan 100-dən artıq tələbə iştirak edib.

Təqdimat zamanı iştirakçılara ilk dəfə keçiriləcək “Bakı - 2015” birinci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlara daxil edilən idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil ediləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Tədbirdə Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx nümayiş etdirilib. İştirakçılara Azərbaycan, onun tarixi haqqında məlumat verilib.