YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Ermənistan hər zaman təxribatlara əl atır

«Ermənistan hər zaman təxribatlara əl atır». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, ilk Avropa Oyunları ərəfəsində erməni tərəfinin cəbhə xəttində təxribatlara əl atması istisna deyil. Onun sözlərinə görə, işğalçı dövlət belə addımlarını dəfələrlə nümayiş etdirib.

«Danışıqlar prosesinin irəli getməməsəi üçün Ermənistan həmişə təxribatlar törədib. Riqada keçirilən Şərq Tərəfdaşlığı sammitində Serj Sarkisyanın çıxışı bir daha sübut edir ki, o, sülh istəmir. Ona görə də, işğalçı tərəfə qarşı beynəlxalq müstəvidə ciddi addımlar atılmalıdır»- deyə, politoloq qeyd edib.