YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Bakı 2015" İlk Avropa Oyunlarına dəstək veloyürüşü keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə “Bakı 2015” İlk Avropa Oyunlarına dəstək veloyürüşü keçirib. 

200-dən çox velosipedçinin qatıldığı yürüşün marşurutu YAP GB ofisinin qarşısından Bakı Olimpiya Stadionunadək olub.

YAP GB-nin sədri Seymur Orucov jurnalistlərə açıqlamasında bildirib ki, YAP GB "Bakı 2015” İlk Avropa Oyunlarına dəstək məqsədi ilə silsilə tədbirlər həyata keçirir: “Avropa Oyunlarına Sən də Qoşul” layihəsi çərçivəsində bir neçə tədbirlər həyata keçirilib. Bu silsilə tədbirlərdən biri də Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə “Bakı 2015” İlk Avropa Oyunlarına dəstək veloyürüşüdür. Veloyürüşə YAP GB-nin fəal üzvləri ilə yanaşı federasiyanın üzvləri qatılıb.”

S. Orucov vurğulayıb ki, Azərbaycan bu oyunları keçirməklə Avropaya oyunların standartını təqdim edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə bu oyunlarda hamının bir yerdə olması mütləqdir. Onun sözlərinə görə, oyunlar zamanı dünya ictimaiyyəti Azərbaycanın bu tarixi yarışları yüksək səviyyədə keçirdiyinin şahidi olacaq.

Yürüş iştirakçıları da belə tədbirləri yüksək qiymətləndiriblər. 

 

DİGƏR Partiya xəbərləri Arxiv