YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Quliyev: Kooperativlərin yaradılması həm məhsuldarlığın artmasına, həm də problemlərin birgə aradan qaldırılmasına kömək edəcək

«Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmana müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyinə ölkədə aqro-parkların yaradılması tapşırığı verilib. Bununla bağlı nazirilk tərəfindən beynəlxalq təcürübə araşdırılır və təkliflərimizi yaxın zamanda hökumətə təqdim edəcəyik». Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, ən qabaqcıl ölkələrdə olan aqro-parkların yaradılması ölkəmizdə də təmin olunacaq.  Fermerlər  üçün kooperativ təsərrüfatların yaradılması məsələsinə gəlincə nazir müavini deyib ki, bununla bağlı təkliflər planı hökumətə təqdim edilib.

«Kooperativlərin  yaradılması zamanı fermerlərə hansısa subsidiyaların verilməsi ilə onlarda iqtisadi maraq artırılmalıdır. Bununla da fermerləri bu maraqlar ətrafında birləşdirərək onları iri təsərrüfatların yaradılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, kooperativlərin yaradılması həm məhsuldarlığın artmasına, həm də problemlərin birgə aradan qaldırılmasına kömək edəcək»- deyə, İ.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv