YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Natiq Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün yeni mənbədir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün yeni mənbədir, infrastrukturların diversifikasiyası və Şərq ilə Qərbin arasında körpü rolunu oynayan ölkədir. Bu daha Azərbaycanı Avropa üçün olduqca maraqlı ölkəyə çevirir.

Bu sözləri Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz” konfransındakı çıxışı zamanı Azərbaycanın energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, Azərbaycanın bu gün qlobal təbii qaz layihələrini həyata keçirmək üçün hər cür texnoloji imkanları var. Azərbaycan qaz kəmərlərini inşa etmək və müvafiq layihələri öz maliyyə vəsaiti hesabına həyata keçirmək iqtidarındadır.

“Azərbaycan bu gün həm qaz istehsal edən, həm də qaz ixrac edən ölkədir. Gələcəkdə isə Azərbaycan qaz emal edən ölkə olacaq”, - deyə Natiq Əliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv