YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz etibarlı və güvənli tərəfdaşdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünki yüksəlişə və inkişafa nail olub. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib.

Ölkədə İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib və vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. 

Prezident İlham Əliyevin 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan Qərb ilə Şərq arasında “Orta Dəhliz”in inkişafı üçün Türkiyə, Gürcüstan və Qazaxıstanla birgə addımlar atır və bu Azərbaycan iqtisadiyyatının dinamik inkişafına öz müsbət töhfələrini verməkdədir.

Ölkə Prezidenti İlham Əliyev bildirib ki, “2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir”.

Bütün bunlar göstərir ki, Azərbaycan mövcud inkişaf səviyyəsinə, beynəlxalq  proseslərdə tutduğu mövqeyə və Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə regionda lider dövlət olmaqla yanaşı, dünyada da nüfuzlu bir dövlətə çevrilib.

Həmçinin vurğulamaq lazımdır ki, Azərbaycan xarici siyasi kursunda dövlətlərlə uğurlu əlaqələrin qurulmasına böyük önəm verir. Ölkəmiz verdiyi bütün vədlərə sadiq qalaraq, təkcə sözdə deyil, əməldə də etibarlı və güvənilir tərəfdaşdır. Məhz bu baxımdan digər dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır. 

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir. Azərbaycan Cənubi Qafqazda və regionda iqtisadi cəhətdən inkişaf etmiş ən nüfuzlu dövlətdir və öz milli dövlətçilik maraqlarına əsaslanaraq dünya iqtisadiyyatına uğurla və inamla inteqrasiya etməkdədir.