YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Orta Dəhlizin inkişafına regionda geniş töhfə verir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın yaxın dostluq və etibarlı tərəfdaş münasibətlərinə malik olduğu dövlətlərdən biri də Çindir. 30 illik yüksək qarşılıqlı əlaqələrə malik Çin və Azərbaycan daim beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edərək bir-birlərinin həm ərazi, həm də suverenliyini dəstəkləyiblər.

Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olmasının başlıca səbəbi Prezident İlham Əliyevin qlobal liderlik nüfuzuna malik olmasıdır. Təsadüfi deyildir ki, ötən il Pekində keçirilən “Bir kəmər, bir yol” Sammitində Çinin dövlət başçısı Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

İqtisadi inkişafın təmin edilməsi üçün hazırkı dönəmdə onun şaxələndirilməsi önəmli məsələdir. Bu baxımdan, Azərbaycanda Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində zamanında neft kapitalından effektiv və səmərəli istifadə edilərək ölkə iqtisadiyyatının müasir çağırışlara və tələblərə uyğun çevik transformasiya potensialı formalaşdırılıb.

Artıq Azərbaycan regionun aparıcı nəqliyyat mərkəzidir və vaxtında nəqliyyat infrastrukturunun bütün əsas sahələrini formalaşdırıb. Qabaqcıl logistik mərkəz kimi Azərbaycanın avtomagistrallar, hava limanları, dəmiryolu infrastrukturu və Xəzər dənizində ən böyük ticarət limanına malik olması Şimal-Qərb marşrutu üzrə dinamikanı artırır. Bu isə Azərbaycanın öz növbəsində Çinin Orta Dəhlizlə bağlı təşəbbüslərinə coğrafi cəhətdən yerləşdiyi regionda geniş töhvə verdiyini göstərir.