YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycanda mətbuata dövlət qayğısı yüksək səviyyədədir

«Azərbaycanda mətbuata dövlət qayğısı yüksək səviyyədədir». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, mətbuata dövlət  qayğısı baxımından Azərbaycan dünya ölkələri üçün nümunədir.

«Ümumiyyətlə, Azərbaycanda dövlətin mətbuata qayğısının özünün spesifikliyi var. Jurnalistika elə bir sahədir ki, bu sahədə uzun illər insanlar çalışıb. Bu sahədə işləyən insanların sosial problemlərini həll etmək, onların mənzil problemlərinin aradan qaldırılması üçün dövlət xüsusi olaraq fəaliyyət göstərir. Məsələn, Azərbaycanda dövlət jurnalistləri  mənzillə təmənnasız təmin edir ki, dünyanın heç bir ölkəsində yoxdur»- deyə, Ə.Amaşov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv