YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Veteranlar Şurasının iclası keçirilib

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının iclası keçirilib.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının 2022-ci il ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib. Daha sonra YAP Veteranlar Şurasının 2023-cü il üçün nəzərdə tutulan Tədbirlər Planı müzakirə olunub.

YAP Veteranlar Şurasının üzvləri – Zərifə Quliyeva, Əhliman Əmiraslanov, Ədalət Fərəcov, Adilə Abasova, Nazim İsmayılov, Şahlar Əsgərov, Tahir Məmmədov, Sədaqət Qəhrəmanova, Elman Məmmədov, Zahid Xəlil və Urxan Ələkbərov gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra təkliflər və əlavələr nəzərə alınmaqla gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.