YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaşdır

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlisi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasında iştirakı ölkəmizin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir və bu gün Azərbaycan qətiyyətli mövqe nümayiş etdirərək dünyanın siyasi, iqtisadi arenasına uğurla inteqrasiya etməkdədir. Forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, eyni zamanda 52 dövlət və hökumət başçısı iştirak edirdi.

Forumda xarici şirkətlərin rəhbərləri və dövlət rəsmirləri ilə keçirilən məsuldar görüşlər ölkəmizin gələcək iqtisadi inkişafına öz müsbət töhfələrini verəcəkdir.

Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətləri ilə mövcud əlaqələrimiz daha da dərinləşməkdədir və ölkəmiz önəmli regional aktora çevrilib.

Xüsusilə qeyd etmək lazımdır ki, Tranzit ölkəsi olmaq üçün Azərbaycanda  nəqliyyat infastrukturunun yenidən qurulması, inkişaf etdirilməsi və müasir tələblərə cavab verməsi üçun irimiqyaslı, uğurlu və yaddaqalan layihələr reallaşdırılmışdır. Eyni zamanda, iqtisadiyyatımızın inkişaf etdirilməsi sahəsində də məqsədyönlü və nəhəng işlər görülüb. 

Azərbaycan Türkdilli ölkələrlə hər zaman həmrəylik nümayiş etdirmiş və obyektiv mövqe sərgiləyərək strateji tərəfdaş kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Azərbaycanı Qərb qonşuları olan Gürcüstan və Türkiyə ilə, Şərq qonşuları olan Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan  münasibət birləşdirir.

Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması vacib amillərdən biridir və çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaratmışdır.

Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.