YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub

Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilat nümayəndələri, Səbail rayonu şəhidlərinin ailə üzvləri tərəfindən şəhidin barelyefi və Vətənin qəhrəman övladlarının məzarları ziyarət olunub, üzərilərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Daha sonra tədbir iştirakçıları şəhid Orxan İsmayılovun ailəsinə baş çəkib, onlara dərin hüznlə başsağlığı veriblər.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyini, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını, heç zaman yaddaşlardan silinməyəcəyini vurğulayıb.  Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan ətraflı bəhs olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.